“Zirə”dən əzmkar qələbə

“Zirə”dən əzmkar qələbə

Azərbaycan Premyer Liqasında X tur davam edir. İkinci oyun gününün açılış matçı Şamaxıda keçirilib.

”Karvan-Yevlax” “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İmani Barker hesabı açıb. İkinci yarıda Brahim Konate hesabı bərabərləşdirib. Çox keçmədən Kayl Spens “ağ-qaralar”ı yenidən önə keçirib. Lakin bu dəfə də Leroy Mikels bərabərlik topunu vurub. Matçın sonlarında isə Ayron Qomis qonaqlara qələbə qazandıran qolun müəllifi olub – 3:2.

Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Modriç ən yaxşı adına layiq görüldü

Növbəti yazı

Günün kuponu – 02.11.2025