“Zirə”dən əzmkar qələbə

“Zirə”dən əzmkar qələbə

Azərbaycan Premyer Liqasında XXX tur başa çatıb. Son oyun gününə Bakı derbisi ilə yekun vurulub.

“Neftçi” öz meydanında “Zirə”ni qəbul edib. “Ağ-qaralar” Filip Ozobiç və Edvin Kuçun qolları ilə üstünlük qazanıblar.

Lakin qəsəbə klubu əzmkar qələbə əldə etməyi bacarıb. Rafael Utziqin iki, Davit Volkovla Ceyhun Nuriyevin hərəsinin bir qolu “Zirə”yə 4:2 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Zirə” 58 xalla 2-ci, “Neftçi” 35 xalla 6-cı yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan” səfərdə xal itirdi

Növbəti yazı

Utziqdən 25-ci qol