“Zirə”də yeni müqavilələr
“Zirə” Salifu Suma və İssa Cibrilla ilə yeni müqavilə bağlayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Hər iki oyunçu daha iki il Bakı təmsilçisində çıxış edəcək. Yeni müqaviləyə əsasən, futbolçular 2027-ci ilin yayında qədər “qartallar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.
