Zirədə qollu bərabərlik
Azərbaycan Premyer Liqasında XIV tura start verilib. İlk oyun günündə bir matç keçirilib.
“Zirə” “Qarabağ”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesabı meydan sahibləri açıb. İssa Cibrilla fərqlənib. Lakin ağdamlılar bərabərlik topunu vurmağı bacarıb. Enrike Kustodio avtoqol müəllifi olub – 1:1.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.












