Zirədə məhsuldar heç-heçə
Azərbaycan Premyer Liqasında XXV tura start verilib. İlk oyun günündə bir matç baş tutub.
Turun açılış görüşü Zirədə keçirilib. Qəsəbənin eyniadlı klubu “Şamaxı”nı qəbul edib.
Qarşılaşmada hesabı Hamidu Keyta açıb. O, ilk yarının ortalarında fərqlənib.
İkinci yarı daha məhsuldar alınıb. Ardıcıl iki qol vuran qonaqlar hesabda önə keçib. Amil Yunanov və Kamran Quliyev qol sevinci yaşayıb. Meydan sahibləri məğlubiyyətdən qaça bilib. Nihad Quliyev avtoqol müəllifi olub – 2:2.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
1 | Qarabağ | 24 | 19 | 5 | 0 | 58-14 | 62 |
2 | Sabah | 24 | 16 | 5 | 3 | 51-18 | 53 |
3 | Neftçi | 24 | 15 | 4 | 5 | 42-22 | 49 |
4 | Zirə | 25 | 10 | 6 | 9 | 29-33 | 36 |
5 | Qəbələ | 24 | 8 | 8 | 8 | 28-28 | 32 |
6 | Turan Tovuz | 24 | 7 | 5 | 12 | 19-29 | 26 |
7 | Kəpəz | 24 | 4 | 8 | 12 | 24-44 | 20 |
8 | Şamaxı | 25 | 4 | 8 | 13 | 23-40 | 20 |
9 | Sumqayıt | 24 | 4 | 6 | 14 | 16-40 | 18 |
10 | Səbail | 24 | 4 | 5 | 15 | 19-41 | 17 |
Bombardirlər: Musa Qurbanlı – 16 qol, Ramil Şeydayev (hər ikisi “Qarabağ”) – 15 qol