Zirədə məhsuldar bərabərlik

Zirədə məhsuldar bərabərlik

Azərbaycan Premyer Liqasında VII turun oyunları keçirilir. Bu gün daha bir matç baş tutub.

“Zirə” “Neftçi”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk yarıda açılıb. Giorgi Papunaşvili fərqlənib. İkinci hissədə qonaqlar geridönüş ediblər. Öncə Freddi Varqas hesabı bərabərləşdirib. Daha sonra Bassala Sambu komandasını önə çıxarıb. Görüşün sonlarında Ruan Renato penaltini qola çevirib.

Bununla da, Bakı derbisi məhsuldar bərabərliklə nəticələnib – 2:2.

Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan inamlı qələbə

Növbəti yazı

Mbappe ən yaxşı adına layiq görüldü