Zirədə hesab açılmadı

Zirədə hesab açılmadı

Azərbaycan Premyer Liqasında “Zəfər turu” davam edir. Bu gün daha bir matç keçirilib.

“Zirə” “Turan Tovuz”u qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İlk hissənin sonlarındq Brahima Konate qırmızı vərəqə alsa da, VAR vərəqəni ləğv edib. İkinci yarı da eyni ssenari ilə keçib. 60-cı dəqiqədə Robert Olabe ikinci sarı vərəqəni alaraq, komandasını azlıqda qoyub. Buna baxmayaraq, görüşdə hesab açılmayıb – 0:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan əzmkar qələbə

Növbəti yazı

Azərbaycan derbisinə doğru: Tamaşaçılar