Zirədə dörd qol
Azərbaycan Premyer Liqasında XI tura start verilib. İlk oyun günü Bakı derbisi ilə başlayıb.
Liderlər qrupunda yer alan “Zirə” və “Səbal” üz-üzə gəlib. Məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.
“Zirə” İssa Cibrilanın qolu ilə hesabı açsa da, qonaqlar fasiləyədək oyunda dönüş yaradıblar. Pedro Nuno 4 dəqiqəyə iki qol vurub. İkinci yarıda isə Rüstəm Əhmədzadə hesaba tarazlıq gətirib.
Qeyd edək ki, tura oktyabrın 30-da yekun vurulacaq.