Zirədə bərabərlik
Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.
“Zirə” ”Kəpəz”i qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. Bu özünü hesabda da göstərib. Yeqor Xvalko fərqlənib. İkinci yarıda tərəflər dəyişib. Meydan sahibləri Toni Qomeslə bərabərlik topunu vurub – 1:1.