“Zirə”də ayrılıq

“Zirə”də ayrılıq

“Zirə” klubu futbolçusu Abbas İbrahimlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı yarımmüdafiəçi ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2023-cü ilin fevralında “qartallar”a keçən A.İbrahimin sözləşməsinin müddəti yayda başa çatmalı idi.

ETOPAZ

Əvvəlki yazı

Salahdan növbəti uğur

Növbəti yazı

“Atalanta”dan “İpsviç”ə