“Zirə” son dəqiqədə sevindi

“Zirə” son dəqiqədə sevindi

Azərbaycan Premyer Liqasında XXVI tur davam edir. Günün son matçı Zirədə keçirilib.

Qəsəbənin eyniadlı təmsilçisi “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib.

İkinci yarıda qonaqlar azlıqda qalıblar. Süleyman Alluş qırmızı vərəqə ilə cəzalandırılıb. Oyuna artırılan son dəqiqədə Ruan Renato komandasına qələbə qazandıran topu vurmağı bacarıb – 1:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Gəncə” liderliyə yüksəldi

Növbəti yazı

“Sumqayıt” “Ordu”nu məğlub etdi