“Zirə” – “Şamaxı” matçının vaxtı dəyişdirildi
“Zirə” – “Şamaxı” yoxlama oyununun vaxtında dəyişiklik edilib. Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Matç yanvarın 9-da saat 17:00-da deyil, 1 saat tez başlayacaq.
Qeyd edək ki, görüş Zirə İdman Kompleksində təşkil olunacaq.