“Zirə” səfərdən sərfəli nəticə ilə dönür
Konfrans Liqasında III təsnifat mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində “Zirə” “Osiyek”in qonağı olub.
Matçda meydan sahibləri üstün başlayıb. Bunun məntiqi nəticəsi kimi 38-ci dəqiqədə hesab açılıb. Anton Matkoviç fərqlənib. Lakin təmsilçimiz mübarizliyini itirməyib. “Qartallar” son dəqiqələrdə hesabı bərabərləşdirməyi də bacarıb. Rafael Utziq penaltini dəqiq yerinə yetirib – 1:1.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 15-də Bakıda keçiriləcək.