“Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırdı

“Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırdı

Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir. Bu gün daha bir matç keçirilib.

“Zirə” “Neftçi”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Tərəflər hərəyə bir dəfə fərqlənsələr də, qollar qeydə alınmayıb. Matçın əsas vaxtı heç-heçə yekunlaşıb. Oyunun qalibi əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Martins Juniorun vurduğu top “Zirə”ni növbəti mərhələyə yüksəldib – 1:0.

Qeyd edək ki, “Zirə”nin bu mərhələdəki rəqibi “Difai” – “Sumqayıt” duelinin qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

Millimiz beynəlxalq turnirin qalibi oldu

Növbəti yazı

“Real”da növbəti itki