“Zirə” – “Kəpəz” matçı təxirə salındı

“Zirə” – “Kəpəz” matçı təxirə salındı

Azərbaycan Premyer Liqasının “Zirə” – “Kəpəz” matçı təxirə salınıb. Bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində oyunun keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub. Matçın baş hakimi Rauf Cabbarovun meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib. Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.

ETOPAZ

Əvvəlki yazı

Alonsodan növbəti rekord

Növbəti yazı

Zirədəki matçın keçirilmə tarixi bəlli oldu