“Zirə” azlıqda qalib gəldi

“Zirə” azlıqda qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatıb. Bu gün start götürən VI turun ilk günündə bir matç keçirilib.

Turun açılış görüşü Zirədə baş tutub. Qəsəbənin eyniadlı klubu öz meydanında “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma çempionatın lideri üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə qırmızı vərəqə alan Pyer Zebli “Zirə”ni azlıqda qoyub.

Lakin Rəşad Sadıqovun yetirmələri 10 nəfərlə də qalib gəlməyi bacarıb. Matçın taleyini ilk yarıya artırılan dəqiqələrdəki yeganə qol həll edib. Məqsəd İsayev qonaqların qapısına yol tapmaqla Bakı klubuna mövsümdə ardıcıl 5-ci qələbəni qazandırıb.

Qeyd edək ki, tura sentyabrın 17-də yekun vurulacaq.

1Zirə65016-215
2Turan Tovuz53029-69
3Neftçi52215-38
4Sumqayıt52127-57
5Qarabağ52127-57
6Səbail52128-97
7Araz-Naxçıvan52126-77
8Sabah41126-54
9Kəpəz51133-64
10Qəbələ51042-113

Bombardirlər: Aleksandr Ramalinqom (“Səbail”), Martin Petkov (“Turan Tovuz”) – 3 qol

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.09.2023

Növbəti yazı

Beş oyundan sonra istefa