”Zirə” 3 xalı 3 qolla qazandı
Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. Bu gün 1 matç keçirilib.
”Sumqayıt” “Zirə”ni qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. “Qartallar” Rafael Utziqlə hesabı açıb. Çox keçmədən Salifu Suma fərqlənib. O, ikinci yarıda daha bir dəfə adını tabloya yazdırıb. Görüş bu hesabla yekunlaşıb – 3:0.
Qeyd edək ki, tura fevralın 17-də yekun vurulacaq.