“Zirə” 3 xalı 3 qolla qazandı

“Zirə” 3 xalı 3 qolla qazandı

Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib. İlk oyun günündə “Zirə” “Səbail”i qəbul edib.

Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. Qəsəbə təmsilçisi hesabı ikinci yarıda açıb. Komanda görüşün sonlarında daha 2 qol vurub. Lakin bu da qarşılaşmada sonuncu olmayıb. Matçın əsas vaxtına artırılan 7-ci dəqiqədə “dənizçilər” hesab arasındakı fərqi 2-yə endirib – 1:3.

Qeyd edək ki, turun digər matçları aprelin 15-16-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Arda Turan baş məşqçi fəaliyyətinə başladı

Növbəti yazı

“Qəbələ” “Neftçi”ni məğlub etdi