Zidana 120 milyon avroluq təklif
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu baş məşqçi axtarışını davam etdirir. Kriştiano Ronaldonun formasını geyindiyi komanda Joze Mourinyonun ardınca Zinəddin Zidana da elçi düşüb.
Fransalı mütəxəssisə 2 illik müqavilə təklifi hazırlanıb. Asiyalılar ona bu müddət üçün 120 milyon avro maaş verməyə hazırdır.
Qeyd edək ki, “Əl Nəsr” Rudi Qarsiyanın istefasından sonra baş məşqçisiz qalıb.