Zidan PSJ-nin hədəfində
PSJ-nin baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Bu, Zinəddin Zidandır.
Paris klubunun rəhbərliyinin bəzi üzvləri Zidanın təyinatının Kilian Mbappe mövzusunda da kömək edəcəyinə inanırlar. Belə ki, onların fikrincə fransalı mütəxəssis hücumçunu komandada qalmağa inandıra bilər.