Zidan PSJ ilə razılaşdı

Zidan PSJ ilə razılaşdı

Zinəddin Zidan PSJ-nin baş məşqçisi olmağa yaxındır. Liqa1 təmsilçisi fransalı mütəxəssisin bütün şərtlərini qəbul edib.

Sabah danışıqlar yekunlaşmalıdır. Zidanın əsas tələbləri bütün məsələlərə tam nəzarət etməsi və Kilian Mbappenin saxlanılması idi ki, bunlar da həllini tapıb.

Onun təyinatı rəsmiləşsə, Zidan dünyanın ən yüksək ödənişli baş məşqçisi olacaq. Buna yalnız “Marsel”lə münasibətləri mane ola bilər. Bu klubun azarkeşi olan Zidan əsas rəqibin sükanı arxasına keçsə, marselli fanatlarının qəzəbinə tuş gələcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” Nuneşi istəyir

Növbəti yazı

Donçiç məşqlərə başladı