Zidan “Mançester Yunayted” yolunda

Zidan “Mançester Yunayted” yolunda

“Mançester Yunayted”də gözlənilən ayrılıq reallaşmağa yaxındır. Klub rəhbərliyinin artıq baş məşqçi Erik ten Haqa inamı qalmayıb.

Səbəb isə “qırmızı şeytanlar”ın uğursuz çıxışıdır. Komanda İngiltərə çempionatında 7 turdan sonra 2 qələbə ilə 14-cü pillədə qərarlaşıb. Avropa Liqasında qalibiyyət üzünə həsrət qalan mançesterlilər çarəni Zinəddin Zidanda görürlər.

Mütəxəssis nəhayət ki, bu təklifə müsbət cavab verib. O, Fransa millisinin baş məşqçi dəyişikliyinə getməyəcəyini öyrəndikdən sonra seçimini “Mançester Yunayted”dən yana edib.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”dən Palmer qərarı

Növbəti yazı

Millimiz Slovakiyaya məğlub oldu