Zidan imtina etdi, növbəti namizəd Lopeteqidir
Əlcəzair millisinin baş məşqçisi postuna yeni namizədlər bəlli olub. Federasiya ilk olaraq Zinəddin Zidanla danışıqlar aparıb.
Lakin fransalı bu təklifdən imtina edib. Hazırda isə həmin posta əsas namizəd Xulen Lopeteqidir. Ölkənin futbol federasiyasının rəhbərliyi mütəxəssisin oyun tərzini bəyənir.