“Zaqatala” texniki məğlubiyyət aldı

“Zaqatala” texniki məğlubiyyət aldı

Azərbaycan I Liqasında çıxış edən “Zaqatala” komandasına texniki məğlubiyyət verilib. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.

0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” 1200 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt” hamını qabaqladı

Növbəti yazı

Günün kuponu – 24.12.2025