Zanioloya 11 dəqiqə bəs etdi
İtaliyalı yarımmüdafiəçi Nikolo Zaniolo “Qalatasaray”da debüt edib. O, ilk matçında fərqlənməyi də bacarıb.
Orta xətt oyunçusu Türkiyə çempionatının 25-ci turunda səfərdə “Kasımpaşa”ya (1:0) qol vurub. Zaniolo 46-cı dəqiqədə meydana çıxıb, 11 dəqiqə sonra isə hesabı açıb.