Zaniolo La Liqa klubunun hədəfində
“Qalatasaray”da ayrılıq yaşanmağa yaxındır. Nikolo Zaniolo komandanı tərk edə bilər.
İtaliyalı yarımmüdafiəçi ilə “Sevilya” yaxından maraqlanır. Əndəlüs təmsilçisi 26 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Hazırda klublar arasında danışıqlar gedir.
Qeyd edək ki, Zaniolonun “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.












