Zaniolo İngiltərə klublarının hədəfində
“Roma”nın hücumçusu Nikolo Zaniolo komandadan ayrıla bilər. O, karyerasını Premyer Liqada davam etdirməyə yaxındır.
Futbolçunun yanvarda “Tottenhem”ə keçmək ehtimalı var. Həmçinin, onun xidmətində “Vest Hem” və “Nottingem Forest” də maraqlıdır.