“Zalsburq”un hücumçusu top-klubların hədəfində
İsveçrə millisinin futbolçusu Noa Okafor klubunu dəyişməyə yaxındır. “Zalsburq”un hücumçusu karyerasını “Böyük beşlik” liqalarında davam etdirə bilər.
23 yaşlı forvard İngiltərə və Almaniyanın top-klublarından təkliflər alıb. Okafor keçidin qışda reallaşmasını istəməyib. Bu üzdən transferin yayda reallaşması üçün danışıqlar davam etdirilir.