Zaha ABŞ yolunda

Zaha ABŞ yolunda

“Qalatasaray”ın futbolçusu Vilfred Zahanın taleyi müəyyənləşmək üzrədir. O, karyerasını ABŞ-də davam etdirə bilər.

“Şarlott” 32 yaşlı vingeri transfer etmək istəyir. Zaha bu mövsüm həm “Qalatasaray”da, həm də icarə əsasında çıxış etdiyi “Lion”da matç keçirib.

Fil Dişi Sahilindən olan futbolçu cari sezon Avropada başqa kluba keçə bilməz. Bu amilə görə təcrübəli oyunçu MLS təmsilçisinə keçməyə isti yanaşır.

Qeyd edək ki, “Qalatasaray” Vilfred Zahanı bu ilin avqust ayında “Lion”a icarəyə verib. Ulduz futbolçu Fransa klubunun heyətində keçirdiyi 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Şimanskiyə Almaniyadan müştəri

Növbəti yazı

Günün kuponu – 29.12.2024