Zaa Londonda klubunda qalır
Uilfred Zaa “Kristal Pelas”da qala bilər. Bunu İngiltərə klubunun baş məşqçisi Patrik Vieyra açıqlayıb.
O bildirib ki, hücumçunu saxlamaq üçün hər şey ediləcək. Vieyra bütün liderlərinin qalmasını istəyir.
Uilfredin anlaşması 2023-cü ilin yayında bitəcək. Ona yeni anlaşma təklif olunacaq.
Qeyd edək ki, Zaa cari mövsümün 13 oyununda 6 qol və 2 assistə imza atıb.