Zəfər Günümüz mübarək!
Bu gün 44 günlük Vətən müharibəsində zəfər qazanmağımızdan bir il ötür. Qüruru, fəxri, coşğunu eyni anda yaşadığımız bu möhtəşəm qələbənin şərəfinə 8 noyabr Zəfər Günü kimi qeyd edilir.
2020-ci il sentyabrın 27-də səhər saatlarında başlayan Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribatları İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələnib. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan ordusu düşmən üzərində qələbə qazanıb. “Dəmir yumruq” adı altında 44 gün davam edən əməliyyatlar zamanı Ermənistan kapitulyasiya etməyə məcbur olub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.
Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur. Vətənpərvər mövzulara həmişə həssaslıqla yanaşan “ETOPAZ” şirkəti çağdaş tariximizə qızıl hərflərlə yazılan şanlı zəfərimizə videoçarx həsr edib.
Zəfər Günümüz mübarək!