“Yuventus”un Yıldız planı
“Yuventus” Kenan Yıldızla yeni müqavilə imzalamaq istəyir.
A Seriyası nəhəngi Avropanın bir çox klubunun transfer siyahısında olan türkiyəli futbolçu ilə anlaşa bilmir. Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumaat yayıb.
Tərəflərin anlaşa bilməməsinin səbəbi maaş məsələsidir. Klub Kenana 5 milyon avro maaş və bonuslar təklif edib. 20 yaşlı vingerin atası isə daha çox pul tələb edir.












