“Yuventus”un yarımmüdafiəçisi zədələndi
“Yuventus”un futbolçusu Denis Zakariya zədələnib. 25 yaşlı yarımmüdafiəçi A seriyasının 27-ci turunda “Empoli” (3:2) ilə matçda sıradan çıxıb. O, görüşün 37-ci dəqiqəsində əvəzlənib.
Zakariyanın ən azı 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Onun martın 16-sı Çempionlar Liqasının 1/8 finalında “Vilyarreal”la cavab oyununu (ilk matç 1:1) buraxacağı ehtimal olunur.