“Yuventus”un yarımmüdafiəçisi “Fiorentina”nın hədəfində
“Fiorentina” orta xəttini gücləndirmək niyyətindədir. Klub “Yuventus”un yarımmüdafiəçisi Rolando Mandraqora ilə maraqlanır.
“Bənövşəyilər” 24 yaşlı italiyalı üçün 10 milyon avro təklif edir. Razılıq əldə olunarsa, futbolçu “Fiorentina” ilə 1,6 milyon avro maaşla 2027-ci il iyunun sonuna kimi müqavilə imzalayacaq.