“Yuventus”un yarımmüdafiə planı
“Yuventus” yanvarda heyətini gücləndirmək niyyətindədir. Klub əsasən yarımmüdafiə xəttinə yeni oyunçular cəlb etmək istəyir.
Turinlilər 25-35 milyon avro xərcləyə bilər və mümkün namizədlər arasında 3 futbolçu var. Birincisi “Udineze”dən Lazar Samaryiçdir. Onun keçidi 30 milyon avroya başa gələcək.
“Yuventus” həmçinin, Pyer-Emil Hoyberq (“Tottenhem”) və Rodriqo De Paul (“Atletiko”) ilə də maraqlanır. Sonuncu 25 milyon avro dəyərində qiymətləndirilir.