“Yuventus”un Torres planı
İtaliyanın “Yuventus” klubunun heyətinə qatmaq istədiyi oyunçu bəlli olub. A Seria təmsilçisi Pau Torresin transferində marağlıdır.
Turinlilər “Vilyarreal”ın müdafiəçisinin keçidini bu yay həll etməyi planlaşdırır. Torresin La Liga klubuyla müqaviləsi 2024-cü ildə başa çatacaq.
“Yuventus” bu transfer üçün xərcə düşməli olacaq. Beləki İspaniyalılar Pau üçün 50 milyon tələb edir.