“Yuventus”un seriyası qırıldı
“Yuventus” İtaliya çempionatının 31-ci turu çərçivəsində səfərdə “İnter”ə 1:0 hesabı ilə uduzub. Yeganə qolu türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu vurub.
Massimiliano Alleqrinin yetirmələri sonuncu dəfə İtaliya çempionatında 2021-ci il noyabrın 27-də “Atalanta” ilə matçda məğlub olub. Beləliklə, dünənki oyundan sonra Turin klubunun 16 oyunluq məğlubiyyətsiz seriyası kəsilib. Komanda bu müddət ərzində keçirdiyi oyunların 11-də qələbə qazanıb, 5 dəfə heç-heçə edib.