“Yuventus”un seriyası qırıldı
“Yuventus” 2021/22 mövsümünü titulsuz başa vurub. Qatıldığı turnirlərin heç birinin qalibi ola bilməyən Turin klubu İtaliya kubokundakı son şansını da boşa verib.
Finalda “İnter”lə qarşılaşan “ağ-qaralar” əlavə vaxtda buraxılan iki qolla məğlubiyyətlə üzləşib – 2:4. Bununla da “Yuventus”un 10 illik seriyası qırılıb. Belə ki, sonuncu dəfə 2010/11 mövsümünü titulsuz başa vuran turinlilər bundan sonra hər mövsümdə ən azı bir mükafatı başı üzərinə qaldırıb.
“İnter” də 11 illik həsrətə son qoyub. Milanlılar sonuncu dəfə 2010/11 mövsümündə ölkə kubokunu qazanıb. “Neradzurra” tarixində 8-ci dəfə bu mükafatı əldə edib.
Qeyd edək ki, “Yuventus” kuboku hamıdan çox – 14 dəfə qazanıb.