“Yuventus”un Kolo-Muani planı
“Yuventus”un Rendal Kolo-Muani ilə bağlı planları bəlli olub. İtaliya klubu hücumçunu bir müddət heyətində saxlamaq niyyətindədir.
Turin təmsilçisi futbolçunun icarəyə götürdüyü PSJ ilə danışıqlar aparır. “Yuventus” Rendalı klublararası dünya çempionatında da heyətində görmək istəyir.
Qeyd edək ki, mundial iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.