“Yuventus”un hücum planı
“Yuventus” heyətinə yeni oyunçular qatmağı düşünür. İtaliya nəhəngi hücum xəttini gücləndirməyi planlaşdırır.
Turin klubunun əsas hədəfi “Fiorentina”nın forvardı Dusan Vlahoviçdir. Bununla belə, “Yuventus” 21 yaşlı hücumçunun müqaviləsi baş tutmasa, alternativ namizədlərin siyahısını hazırlayıb.
Bu siyahıya Mauro İkardi (PSJ), Darvin Nunez (“Benfika”), Aleksandr Lakazet (“Arsenal”), Antoni Martial (“Mançester Yunayted”), Canluka Skamakka (“Sassuolo”) və Lorenzo Lukka (Pisa) daxildir.
Həmçinin, “Arsenal”ın Vlahoviç üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilir.