“Yuventus”un gözü Liqa1-də

“Yuventus”un gözü Liqa1-də

“Yuventus” hücum xəttini gücləndirməyə qərar verib. İtaliya klubu bu məqsədlə Liqa1-də çıxış edən Conatan Devidi transfer etmək niyyətindədir.

“Lill”in hücumçusunu baş məşqçi Tyaqo Motta istəyib. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Bu üzdən fransalıların onu qışda satacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ildən “Lill”də çıxış edən Conatan 192 oyunda 87 qol və 20 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Alonsonun əvəzləyicisi bəlli oldu

Növbəti yazı

“Neftçi”dən antirekord