“Yuventus”un futbolçusuna iki təklif
İtaliyanın “Yuventus” klubu futbolçusu Luka Pelleqrini ilə vidalaşacaq. A seriyası təmsilçisi müdafiəçi üçün klub axtarır. 22 yaşlı oyunçu İngiltərə “Vest Hem”i və İtaliya “Sampdoriya”sının maraq dairəsindədir. Hər iki klub Lukanı icarəyə götürmək istəyir.
Ötən mövsümdə Pelleqrini “Cenoa”da icarədə olub. O, 12 matçda meydana çıxıb.