“Yuventus”un futbolçusu qəza törətdi

“Yuventus”un futbolçusu qəza törətdi

İtaliya “Yuventus”unun futbolçusu Artur qəza törədib. Hadisə Turində baş verib.

25 yaşlı yarımmüdafiəçinin “Ferrari”si digər avtomobillə toqquşub. Qəzada xəsarət alan olmayıb.

Braziliyalının idarə etdiyi avtomobilin təmir zərurəti yaranıb. Futbolçunun özü hadisədən sonra tibbi müayinədən keçmək üçün həkimə müraciət edib.

Xatırladaq ki, yarımmüdafiəçi hazırda zədədən sonra bərpa dövrü keçir.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” Marsialı satır

Növbəti yazı

“Şarlott” debütantla anlaşdı