“Yuventus”un futbolçusu “Liverpul”da qaldı
İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Arturun taleyinə aydınlıq gəlib. İtaliya “Yuventus”undan icarəyə götürülən yarımmüdafiəçi mövsümün sonunadək Premyer Liqa klubunda qalacaq.
26 yaşlı futbolçu zədəli olsa da, Turin təmsilçisinə qaytarılmayacaq.
Braziliyalı sol ayağındakı problemdən əziyyət çəkir. O, cari mövsümdə 3 matça çıxıb və 144 dəqiqə meydanda olub.