“Yuventus”un cəzası dayandırıldı
İtaliya Futbol Federasiyası “Yuventus”un cəzasının bir qismini dayandırıb. Bu, stadionun tribunalarınan birinə qoyulan qadağa ilə bağlıdır.
Cəza İtaliya kubokunun “İnter”lə yarımfinal mərhələsinin ilk oyununa (1:1) görə verilib. Həmin vaxt turinli azarkeşlər Romelu Lukakuya qarşı irqçilik edib.
“Yuventus” evdəki növbəti görüşü aprelin 23-də keçirəcək. Həmin gün rəqib “Napoli” olacaq.