“Yuventus”un 1/8 final mərhələsində ilk matç uğursuzluğu
“Yuventus” ardıcıl 5-ci mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda qalib gələ bilməyib. Massimiliano Alleqrinin komandası cari turnirin pley-off mərhələsinə “Vilyarreal”la heç-heçə (1:1) ilə başlayıb.
Turin təmsilçisi həmin mərhələnin ilk matçında 2017-18-ci ildə “Tottenhem”lə də bərabərə qalıb (2:2), sonra ardıcıl üç mövsüm məğlub olub – “Atletiko” (0:2), “Lion” (0:1) və “Porto” (1:2).
“Yuventus” bu seqmentdə iki dəfə 1/8 finala yüksəlib. “Qoca sinyora” 2018-ci ildə cavab matçında “Tottenhem”i (2:1), 2019-cu ildə isə “Atletiko”nu (3:0) devirib.