“Yuventus”dan yeni transfer

“Yuventus”dan yeni transfer

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib. “Qoca sinyora” “Portu”da çıxış edən Joao Marionu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Turin təmsilçisi bu keçid üçün qarşı tərəfə 12,6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Joao Mario ötən mövsüm “Portu”nun yetirməsidir.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”ın rəqibləri bəlli oldu

Növbəti yazı

Moskera “Arsenal”da