“Yuventus”dan Poqba qərarı
“Yuventus” futbolçusu Pol Poqba ilə bağlı qərarını verib. İtaliya klubu yayda yarımmüdafiəçi ilə vidalaşacaq.
Turin təmsilçisi yüksək maaş ödədiyi Poqbanı heyətində saxlamağa ehtiyac görmür. Pol 2022-ci ilin yayında “Yuventus”a qayıdıb. Onun anlaşması 2026-cı ilin yayında başa çatacaq.
Fransalı cari mövsümdə cəmi 2 matçda iştirak edib.