“Yuventus”dan Kyeza qərarı
“Yuventus” futbolçusu Federiko Kyeza ilə bağlı qərarını verib. Hücumçunun satılması nəzərdə tutulub.
İtaliya klubu 25 yaşlı forvard üçün 40 milyon avro istəyir. Kyaza maaşının 5 milyondan 8 milyon avroya çatdırılmasını tələb edib. Turinlilər bu şərtlə razılaşmayıb.
Kyezanın müqaviləsi 2025-ci ilin yayında bitəcək. Onun xidmətində “Arsenal”la “Nyukasl” maraqlıdır.