“Yuventus”dan Konseyçao qərarı

“Yuventus”dan Konseyçao qərarı

“Yuventus” heyətini gücləndirmək niyyətindədir. Klub “Porto”dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə bağlı qərarını verib.

Turin təmsilçisi portuqaliyalı vingeri birdəfəlik transfer etmək istəyir. Bu barədə klubun idman direktoru Kristiano Cuntoli məlumay verib.

Klub rəsmisi yüz faiz 21 yaşlı ön xətt oyunçusunun transfer hüququna yiələnəcəklərini bildirib. Gənc futbolçu özü də komandada qalmaq arzusundadır.

Qeyd edək ki, “Yuventus” Fransisko Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü “ağ-qaralar”ın ehyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Virtzə daha bir müştəri

Növbəti yazı

Kalabria “Qalatasaray”ın hədəfində